Mbappe artıq ən bahalı futbolçu deyil

05.06.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mbappe artıq ən bahalı futbolçu deyil

"Transfermarkt" portalı İspaniya La Liqasında çıxış edən futbolçular arasında ən çox dəyər itirən oyunçuların siyahısını açıqlayıb.

QOL.az xəbər verir ki, siyahıya Madrid "Real"ının yarımmüdafiəçisi Federiko Valverde başçılıq edir. Uruqvaylı futbolçunun qiyməti birdən-birə 30 milyon avro aşağı düşərək 120 milyondan 90 milyon avroya geriləyib.

İkinci pillədə "Real"ın digər ulduzu Kilian Mbappe qərarlaşıb. Bazar dəyəri 20 milyon avro azalan fransalı hücumçu artıq dünyanın ən bahalı futbolçuları siyahısında liderliyini itirib. Hazırda Mbappenin transfer dəyəri 180 milyon avro olaraq qiymətləndirilir.

Üçüncü yeri isə eyni vaxtda 8 futbolçu bölüşüb və onların hər biri 10 milyon avro dəyər itirib:

Vinisius Junior ("Real") - 140 milyon avro Cud Bellinqem ("Real") - 130 milyon avro Rafinya ("Barselona") - 70 milyon avro Niko Uilyams ("Atletik Bilbao") - 40 milyon avro Frenki de Yonq ("Barselona") - 35 milyon avro

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью