Mbappe avqust ayının ən yaxşı oyunçusu seçilib

04.09.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Madrid “Real”ının hücumçusu Kilian Mbappe avqustun yekunlarına əsasən komandanın ən yaxşı futbolçusu seçilib.

İdman.Biz xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Avqust ayında 27 yaşlı fransalı hücumçu La Liqada üç matç keçirib və dörd qol vurub.

Mbappe birinci turun təxirə salınmış və madridlilərin 4:1 hesablı qələbəsi ilə başa çatan “Real Sosyedad”la görüşündə het-trik edib. Formada olan hücumçu daha bir qolu üçüncü turda “ Malaqa” ilə matçda vurub.

Mbappenin “Real”la müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” onun bazar dəyərini 200 milyon avro (400 milyon manat) qiymətləndirir.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью