Mbappe Azərbaycanla oyunu buraxacaq Zədələndi

14.11.2025

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa millisinin lideri Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçiriləcək görüşdə iştirak etməyəcək.

BAKU.WS xəbər verir ki, bu barədə məşhur futbol insayderi Fabritsio Romano açıqlama verib. Onun sözlərinə görə, Mbappenin sağ topuğunda yaranan ağrı səbəbindən hücumçu matç üçün heyətə daxil edilməyəcək.

Xatırladaq ki, Azərbaycan - Fransa qarşılaşması noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və oyun saat 21:00-da start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью