Mbappe Barselona ilə oyunda iştirak edə biləcək

21.04.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

"Real" klubunun futbolçusu Kilian Mbappe "Barselona"ya qarşı İspaniya Kubokunun final oyununda iştirak edə biləcək.

"Report" "Tiempo de Juego" nəşrinə istinadən xəbər verir ki, fransalı hücumçu tam sağalmağa və meydana qayıtmağa hazırdır.

O, evdə İngiltərə təmsilçisi "Arsenal"a uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında sağ topuğundan zədələnmişdi.

Qeyd edək ki, "Barselona" - "Real" oyunu aprelin 26-da Sevilyada keçiriləcək.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью