Mbappe basketbolçu olmaq istədi, NBA dan bu cavabı aldı

31.03.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Mbappe basketbolçu olmaq istədi, NBA-dan bu cavabı aldı

Fransa millisinin və "Real"ın futbolçusu Kilian Mbappe zarafatla NBA-ya (ABŞ Milli Basketbol Assosiasiyası) bir neçə günlük müqavilə imzalamağı təklif edib.

QOL.az xəbər verir ki, Fransa millisinin rəsmi hesabında hücumçunun Kolumbiya ilə oyunundan (3:1) sonra paltardəyişmə otağında zibil qutusuna top atdığı video yayımlanıb. Videoda görünür ki, Mbappe topu atdıqdan sonra gülərək otaqda qaçıb və rəqs edib.

Daha sonra 28 yaşlı forvard həmin paylaşıma "10 günlük müqavilə?" şərhini yazaraq NBA-nın rəsmi hesabını etiketləyib. NBA isə həmin paylaşımı öz hesabında da paylaşıb və videonun altında futbolçuya cavab verib: "Yaxşı, Mbappe!"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью