Mbappe bir təqvim ilində ən çox qol vuran futbolçuların ilk 10 luğuna daxil oldu

04.12.2025

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe bir təqvim ilində vurduğu qolların sayına görə ilk 10-luğa daxil olub.
Yeniavaz.com
xəbər verir ki, Mbappe La Liqanın 19-cu turunda “Atletik Bilbao”ya 3:0 hesabı ilə qalib gəldikləri oyunda iki qol vurub.
Beləliklə, bu il onun “Real Madrid” və Fransa millisinin heyətində vurduğu qolların sayı 62-yə çatıb.
Rekordçu hələ də 2021-ci ildə 91 qol vuran “Barselona”nın keçmiş forvardı, argentinalı Lionel Messidir.
Siyahını təqdim edirik:
1. Lionel Messi (2012) - 91 qol;
2. Gerd Müller (1972) - 85 qol;
3. Pele (1958) - 75 qol;
4. Pele (1965) -72 qol;
5. Ziko (1979) - 72 qol;
7. Robert Levandovski (2021) - 69 qol;
8. Kriştianu Ronaldo (2013) - 69 qol;
9. Kriştianu Ronaldo (2012) - 63 qol;
10. Kilian Mbappe (2025) - 62 qol.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью