Mbappe bu göstəricidə yalnız Ronaldodan geri qalır

17.01.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mbappe bu göstəricidə yalnız Ronaldodan geri qalır

"Real"ın fransalı ulduzu İspaniya çempionatında əlamətdar göstəriciyə nail olub.

QOL.az xəbər verir ki, "kral klubu"nun hücumçusu Kilian Mbappe La Liqanın növbəti turunda "Levante" ilə görüşdə fərqlənərək çempionatdakı qol sayını 50-yə çatdırıb.

İkinci hissədə penaltini dəqiq yerinə yetirən forvard bu rəqəmə cəmi 53 matçda çatıb. "Opta"nın məlumatına görə, 21-ci əsrdə La Liqada 50 qol həddini Mbappedən daha tez keçən yeganə futbolçu Kriştiano Ronaldu olub. Portuqaliyalı futbolçu bu göstəriciyə 51 matçda nail olmuşdu.

Qeyd edək ki, "Real - "Levante" qarşılaşması Madrid təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью