Mbappe bu göstəriciyə görə Avropada liderdir

27.01.2026

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Real Madrid”in fransız hücumçusu Kilian Mbappe bu mövsüm Avropanın ən yaxşı beş liqasında yaradılan qol imkanlarının sayına görə liderdir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Squawka” portalı məlumat yayıb.
Məlumata görə, o, bu mövsüm ərzində oyunlarda 50 qol imkanı yaradıb.
Bu göstəriciyə görə, “Atalanta”nın belçikalı yarımmüdafiəçisi Şarl de Ketelare ikinci (44), “Bavariya”nın fransız yarımmüdafiəçisi Maykl Olise isə üçüncü (43) yerdədir.
“Barselona”nın ispaniyalı cinah oyunçusu Lamin Yamal və “Mançester Yunayted”in portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandes isə 42 qol imkanı ilə dördüncü və beşinci yerləri bölüşdürürlər.
Onları həmçinin, “İnter”dən Nikolo Barella (41), “Mançester Siti”dən Ceremi Doku (39), “Verderdən Romano Şmidt (39) və “Real Madrid”dən Vinisius Junior (39), “Barselona”dan isə Pedri (38) təqib edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью