Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, futbolçunun sevgilisi Ester Esposito ilə Parisdə gecə klubuna daxil olarkən çəkilmiş videoları Madrid təmsilçisində ciddi narazılıq yaradıb.
Bundan əlavə, dizindən zədəli olduğu halda İsveçrədə velosiped sürməsini əks etdirən paylaşımlar etməsi klub daxilində böhrana səbəb olub. Nəticədə, fransız ulduz qeyri-peşəkar davranışlarına görə kəskin tənqid edilib.
Qeyd edək ki, cari mövsümdə "Real Madrid"in bütün oyunlarında 90 dəqiqə meydanda olan 27 yaşlı futbolçu, çıxış etdiyi 8 matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Buna baxmayaraq, mövsümə uğursuz start verən İspaniya nəhənginin məğlub olduğu "Real Betis" və "Atletiko Madrid" qarşılaşmalarında o, fərqlənə bilməyib.