Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Real"ın hücumçusu Kilian Mbappe komandasının İspaniya Kral Kuboku yarımfinalında "Real Sosyedad"la ilk matçını buraxacaq.
QOL.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. İ
26 yaşlı futbolçu dişlərindəki problemə görə əməliyyat olunub. O, şiddətli ağrı səbəbindən görüşdə iştirakedə bilməyəcək.
"Real" - "Real Sosyedad" matçı bu gün San Sebastiandakı "Real Arena"da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. İspaniya kubokunun hazırkı sahibi "Atletik Bilbao"dur.