Mbappe: Bütün matçlarda qalib gəlməliyik

06.01.2025

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Real Madrid"in hücumçusu Kilian Mbappe yaxşı formada olduğunu bildirib.

News24.az yerli mətbuata istinadən xəbər verir ki, O, 2025-ci ilin əvvəlində komandasının funksional vəziyyətini də yüksək qiymətləndirib. Fransız qeyd edib ki, kral klubu bu mövsüm qalan bütün matçlarda qalib gəlməyə çalışacaq:

“Komanda və mən özüm yaxşı vəziyyətdəyik. İlə çox yaxşı başladıq, "Valensiya" ilə çətin oyunla qalib gələ bildik və indi başqa yarışlara keçirik. Ümid edirik ki, qalib gələcəyik və yaxşı oynayacağıq. 

Qeyd edək ki, Mbappe bu mövsüm "Real"ın heyətində 23 görüşdə meydana çıxıb, 12 qol vurub, 3 məhsuldar ötürmə edib.

Ağa Dadaşzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью