Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Real”ın futbolçusu Kilian Mbappe Çempionlar Liqasında “Benfika”ya məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, fransalı hücumçu 2:4 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Baş verənlərə dəqiq izahım yoxdur. Oyunumuzda sabitlik çatmır. Bu problemi həll etməliyik. Bir gün yaxşı, bir gün pis olmamalıyıq. Çempion komanda belə oynamır. Bir az ayıbdır, məyusuq. 1/8 finala birbaşa yüksəlmək istəyirdik”.
“Real” Liqa mərhələsini 9-cu sırada bitirib.