Mbappe çilili forvardın rekordunu yenilədi

11.05.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Real"ən hücumçusu Kilian Mbappe La Liqanın 35-ci turunda "Barselona" ilə matçda dubl edib. Sport24.az xəbər verir ki, fransız futbolçu bu mövsüm 37 və 38-ci qollarını vurub.

Bununla da Kilian debüt mövsümündə qol sayına görə madridlilərin rekordunu müəyyənləşdirib. Bundan əvvəl ən yaxşı nəticə çilili İvan Samoranoya məxsus idi. O, 1992/93 mövsümündə 45 matçda 37 qol vurub.

Qeyd edək ki, Mbappe bu mövsüm 53 matçda 38 qol vurub və 5 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью