Mbappe DÇ 2026 da 4 rekord müəllifi ola bilər

11.06.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Fransa milli komandasının kapitanı, "Real Madrid"in hücumçusu Kilian Mbappe bu gün start götürəcək dünya çempionatında rekordlar qırmağa yaxındır.

Fanat.Az "Squawka"-ya istinadən xəbər verir ki, 27 yaşlı ulduz forvard ən azı iki qol vurarsa, Fransa yığmasının ən çox qol vuran oyunçusu olacaq.
Belədə o, Olivye Jirunun 57 qolluq rekordunu qıracaq.

Mbappe həmçinin Fransa millisinin dünya çempionatlarında ən çox qol vurmağa, Jüst Fontanenin 13 qolluq rekordunu qırmağa yaxındır. 

Kilian mundialda 5 qol vurmağı bacararsa, o, Miroslav Klozenin 16 qol rekordunu qıraraq dünya çempionatları tarixinə ən məhsuldar oyunçu kimi düşəcək. 

Nəhayət, fransız ulduz finala qədər irəliləyib həlledici matçda yenidən qol vurarsa, DÇ finalında 5 qol vuran ilk futbolçu olacaq.

Fransa qrup mərhələsində Seneqal, Norveç və İraqla birlikdə dördlükdə oynayacaq.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью