Mbappe: “Dembele və Rafinyadan daha çox qol vururam”

07.09.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Real Madrid”in futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının “İnter”lə oyunu öncəsi keçirilən mətbuat konfransında jurnalistlə mübahisə edib.

İdman.Biz xəbər verir ki, fransalı futbolçuya Vinisius Juniorla birlikdə müdafiədəki oyununu yaxşılaşdırmasının lazım olub-olmadığı barədə sual verilib.

Jurnalist: “Səncə, sənin və Vinisiusun müdafiədəki oyununuzu yaxşılaşdırmaq lazımdır?”

Mbappe: “Yalnız mənim və Vinisiusun?”

Jurnalist: “Bütün komandanın da. Amma məsələn, Dembele və ya Rafinya kimi presinqdə daha çox iştirak edən futbolçular var”.

Mbappe: “Əlbəttə, müdafiədə irəliləməliyik. Bu, təbiidir. Əgər axmaqcasına cavab vermək istəsəm, deyə bilərəm ki, adını çəkdiyin iki futbolçudan daha çox qol vururam. Onda onlar da mənim kimi olmaq üçün daha çox qol vurmalıdırlar. Hər bir futbolçu fərdidir. Amma ağlabatan olmalı və etiraf etməliyəm ki, mən də daha yaxşı olmalıyam.

Sadəcə, mən özümü başqaları ilə müqayisə etməyi sevmirəm. Çünki başqalarının etmədiyi çox işlər görürəm. Amma bu, sonsuz mübahisədir. Hamımız bu aspektdə daha yaxşı olmalıyıq”.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью