Mbappe dünya çempionatları tarixində ilkə imza atdı

05.07.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Fransa millisinin hücumçusu Kilian Mbappe futbol üzrə dünya çempionatları tarixində üç fərqli mundialın pley-off mərhələsində ən azı üç qol vuran ilk futbolçu olub.

Moderator.az xəbər verir ki, Kilian Mbappe bu rekorda DÇ-2026-nın 1/8 finalında Paraqvay millisi ilə oyunda vurduğu qolla imza atıb.

Fransalı futbolçu görüşün 70-ci dəqiqəsində penaltidən fərqlənərək komandasına 1:0 hesablı qələbə qazandırıb. Bu, onun DÇ-2026-da 7-ci, turnirin pley-off mərhələsində isə 3-cü qolu olub.

Mbappe bundan əvvəl 1/16 finalda İsveç millisinə qarşı keçirilən oyunda dubla imza atmışdı.

Beləliklə, o, 2018, 2022 və 2026-cı il dünya çempionatlarının hər birinin pley-off mərhələsində ən azı üç qol vuran tarixdə ilk futbolçu kimi rekord müəyyənləşdirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью