Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paraqvay millisinin qapıçısı Orlando Hil DÇ-2026-nın 1/8 finalında Fransa ilə oyundan (0:1) sonra Kilyan Mbappenin onun əlini sıxmaqdan imtina etdiyini bildirib.
QOL.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, təcrübəli qolkiper matçdan sonra fransalı hücumçunu təbrik etmək istədiyini deyib.
“Oyundan sonra Mbappenin yanına gedib onu təbrik etmək istədim. Amma o, mənimlə əl sıxmaqdan imtina etdi. Mən sadəcə onunla salamlaşmaq istəyirdim”, – deyə Hil bildirib.
Qeyd edək ki, Filadelfiyada keçirilən görüş Fransa millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyundakı yeganə qolu penaltidən Kilian Mbappe vurub. Matçın ən yaxşı futbolçusu isə Orlando Hil seçilib.
Fransa millisi 1/4 finalda Mərakeşlə qarşılaşacaq.