Mbappe ən yaxşı adına layiq görülüb

20.02.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinin ən yaxşı oyunçusu müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu ada "Real"ın hücumçusu Kilian Mbappe layiq görülüb.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Fransalı forvard azarkeşlər arasında keçirilən səsvermədə Vitinya(PSJ), Noah Lanq (PSV) və Orkun Kökçünü ("Benfika") qabaqlayıb.

Qeyd edək ki, Kilian Mbappe "Real"ın "Mançester Siti"ni 3:1 hesabı ilə məğlub etdiyi oyunda 3 qol vurub.

Mbappe 500-ə çatdı Sabiq "Fənərbaxça"lı Niderland klubunu çalışdıra bilər Luis Diaz "Barselona" yolunda Salah Suarezi geridə qoydu Lukman "Atalanta"dan ayrılmaq istəyir
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью