Mbappe əylənərkən paylaşdığı şəkillə azarkeşlərini qorxutdu Xəbər saytı Son xəbərlər və Hadisələr

14.11.2024

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Real Madrid"in və Fransa millisinin ulduzu Kilian Mbappenin sosial şəbəkədə paylaşdığı foto azarkeşləri narahat edib.

BAKU.WS xəbər verir ki, fotoda Mbappe milli komandadan yoldaşı Əşrəf Hakimi ilə "PlayStation" oynayarkən görüntülənib, fonda qəlyan olması diqqət çəkib.

Bu vəziyyət həm "Real Madrid" azarkeşlərini, həm də sosial media istifadəçilərini narahat edib.

Fotodakı qəlyan peşəkar idmançıların həyat tərzinə və performansına təsiri ilə bağlı yeni müzakirələrə səbəb olub.

Bir çox istifadəçi qəlyanın futbolçuların performansına təsirini yazıb. Bəziləri isə Mbappe kimi gənc futbolçuların meydandan kənar davranışlarının vacibliyinə diqqət çəkib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью