Mbappe fərdi məşqlərə başladı Çəki itkisi narahatlıq doğurur

25.06.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Real Madrid" klubunun hücumçusu Kilian Mbappe kəskin qastroenterit xəstəliyinə görə 4-5 kiloqram arıqlayıb.

Oxu.Az bu barədə "Marca" nəşrinə istinadla xəbər verir.

Məlumata görə, Mbappe xəstəxanadan evə buraxılıb və hazırda idman zalında fərdi proqram üzrə məşqlər edir.

Fransız futbolçu ötən həftə qastroenterit diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Bildirilir ki, o, yalnız meyvə ilə qidalanıb və su içib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью