Mbappe Fransa millisinin son məşqinə qatılmadı

07.10.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Fransa millisinin hücumçusu Kilian Mbappe komandanın son məşqinə qatılmayıb.

Fanat.Az "Tutto Mercato"ya istinadən xəbər verir ki, hücumçu zədəli olduğu üçün hazırlıq prosesində iştirak etməyib.

"Real Madrid"in forvardı La Liqada "Vilyarreal"a qalib gəldikləri (3:1) matçda sıradan çıxıb.

Qeyd edək ki, Fransa millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti matçını Azərbaycan yığmasına qarşı keçirəcək. Qarşılaşma oktyabrın 10-da, Bakı vaxtı ilə saat 22:45-də "Park de Prens" stadionunda keçiriləcək.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью