“Mbappe gözəl qol vurdu, amma Tovenin hekayəsi daha gözəldir”

11.10.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransa millisinin futbolçusu Kefren Türam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycana qalib gəldikləri oyundan (3:0) sonra fikirlərini bölüşüb.

Futbolpress.az “Foot Mercato”ya istinadən xəbər verir ki, yarımmüdafiəçi komanda yoldaşları Kilian Mbappe və Floren Tovenin vurduğu qoldan danışıb:

“Mbappe gözəl qol vurdu, amma Tovenin hekayəsi daha gözəldir. Onun adına çox sevinirik. Bilirik ki, əla futbolçudur və hər gün çox çalışır. Tovenin bu səviyyədə olmasına təəccüblənmirəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью