Mbappe hamını qabaqladı

04.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Mbappe hamını qabaqladı

Kilian Mbappe “Real”da avqust ayının ən yaxşı futbolçusu seçilib.

QOL.az “Real”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı hücumçu ötən ay İspaniya La Liqasında keçirdiyi 3 oyunda 4 qola imza atıb.

Mbappe təxirə salınmış 1-ci turun “Real Sosyedad”la görüşündə (4:1) het-trik edib. O, 3-cü turda “Malaqa” ilə matçda (4:0) da fərqlənib.

27 yaşlı futbolçunun “Real”la müqaviləsi 2029-cu ilin yayına qədərdir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью