Mbappe həmyerlisinini uğurunu təkrarladı

17.01.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Real” İspaniya Kubokunda “Selta”nı məğlub edib – 5:2.

Futbolpress.az xəbər verir ki, görüşdə hesabı Madrid təmsilçisinin hücumçusu Kilian Mbappe açıb. Fransalı futbolçu bununla da bu mövsüm altıncı turnirdə qol vurub.

Mbappe komandanın sabiq hücumçusu Kərim Benzemadan sonra bir mövsümdə bütün turnirlərdə qol vuran birinci oyunçu olub. Benzema 2022/23 mövsümündə bunu bacarıb.

Mbappe bu mövsüm La Liqada, İspaniya Superkubokunda, İspaniya Kubokunda, Çempionlar Liqasında, Qitələrarası Kubokda və UEFA Superkubokunda qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью