Mbappe iddialara reaksiya verdi

23.09.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Real”ın (Madrid) hücumçusu Kilian Mbappe “Bavariya”nın vingeri Maykl Olisenin İspaniya klubuna ehtimal olunan transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, “Bayern and Germany” nəşrinə danışan fransalı ulduz bu iddiaları təkzib edib:

“Bu şayiələri eşitmişəm, amma başa düşürəm. PSJ-də çıxış edən vaxtlarımda haqqımda sayısız-hesabsız şayiələr yayılırdı. Düşünürəm ki, hər hansı bir futbolçuya klubunu tərk etməyi məsləhət görmək hörmətsizlik olardı. Bu, “Bavariya”ya qarşı ədalətsizlik sayılar. Xüsusən də nəzərə alsaq ki, “Bavariya” Mayklın böyük uğurlar qazana biləcəyi möhtəşəm bir klubdur. Əlbəttə, dünyada istənilən klub Maykl Oliseni öz heyətində görmək istəyər. O, möhtəşəm futbolçudur”.

2024-cü ilin iyulundan “Bavariya”da çıxış edən Olisenin Münhen təmsilçisi ilə müqaviləsi 30 iyun 2029-cu ilədək nəzərdə tutulub. “Transfermarkt” portalı 24 yaşlı vingerin bazar dəyərini 170 milyon avro qiymətləndirir.

2026/27 mövsümündə Olise Bundesliqada keçirdiyi 4 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью