Mbappe ilə müqavilə uzadıldı

28.11.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Mbappe ilə müqavilə uzadıldı

Fransanın “Lill” klubu gənc yarımmüdafiəçisi Etan Mbappe ilə yeni müqavilə imzalayıb.

QOL.az xəbər verir ki, 19 yaşlı futbolçu ilə anlaşmanın müddəti 2029-cu ilin yayına qədər uzadılıb. Əvvəlki müqavilə ilə müqayisədə yeni sözləşmə iki il daha uzun müddət üçün nəzərdə tutulub.

Kilian Mbappenin qardaşı olan Etan 2024-cü ilin yayında PSJ-dən “Lill”ə keçib. Həmin il iyulun 4-də klubla ilk peşəkar müqaviləsini imzalayıb.

O, “Lill”də debüt etdiyi mövsümdə 14 oyuna çıxıb. 2025/2026 mövsümündə isə 22 matçda iştirak edib, 3 qol vurub və məhsuldar ötürmələrə imza atıb.

Cari mövsümdə Etan Mbappe bütün turnirlərdə 12 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 2026-cı ilin sentyabrında isə Fransa U-21 yığmasında debüt edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью