Mbappe ilə Zidan arasında fikir ayrılığı var?

11.11.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mbappe ilə Zidan arasında fikir ayrılığı var?

Fransa millisinin kapitanı Kilian Mbappenin budunun arxa əzələsindəki ağrılar səbəbindən UEFA Millətlər Liqasında İtaliya ilə sabah keçiriləcək oyunu buraxacağı gözlənilir.

QOL.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Məlumata görə, Mbappe çərşənbə günü komandanın son məşqində iştirak etməyib, yalnız müalicə prosedurları keçib. Onun əvəzinə U-21 millisindən Sennı Mayulu əsas komandaya dəvət olunub. 

Bundan başqa, “L'Equipe” nəşri Mbappe ilə baş məşqçi Zinəddin Zidan arasında fikir ayrılıqları olduğunu bildirib. Məlumata görə, buna Zidanın hücumçunu sol cinahda oynatmaq planı səbəb olub. Mbappe isə mərkəz hücumçusu mövqeyində çıxış etməyə üstünlük verir.

Qeyd edək ki, Fransa millisi UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə uğrunda mübarizə aparır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью