Mbappe ilk dəfə açıqladı: PSJdən ayrılmazmış, əgər...

20.12.2024

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

PSJ-nin keçmiş hücumçusu, hazırda "Real"da çıxış edən Kilian Mbappe maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, o bildirib ki, Madrid klubundan təklif almasaydı, bütün karyerasını Paris klubunda keçirəcəkdi:

"Dünyanın ən böyük klubuna keçdim. Mən həmişə demişəm ki, bu, PSJ-dən ayrılacağım yeganə klubdur. “Real”a gedə bilməsəydim, ömrümün sonuna qədər PSJ-də qalardım”.

Fransız futbolçu 2024-cü ilin yayında azad agent kimi "Real"a keçib.

Qedy edək ki, PSJ-nin heyətində Mbappe altı dəfə Fransa çempionu olub, dörd ölkə kubokunu qazanıb. Həmçinin üç Superkubok və iki Fransa Liqa Kubokunu başı üzərinə qaldırıb.

Heybət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью