Mbappe Kafuya çata bilmədi

15.07.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Kilian Mbappe ardıcıl 3-cü dünya çempionatı finalında iştirak şansını itirib.

“Yeni Sabah” xəbər verir ki, dünən mundialın yarımfinalında İspaniya seçməsinə uduzan Fransa yığması turnirlə vidalaşıb.

2018 və 2022-ci Dünya Çempionatlarının finalında Fransanın heyətində yer alan 28 yaşlı hücumçu braziliyalı əfsanəvi müdafiəçi Kafunun ardıcıl 3 finalda çıxış etmə rekordunu qıra bilməyib. Dominos pizza

K.Mbappe milli komandası ilə 2018-ci il Dünya çempionu olub. 2022-ci ildə isə finalda Argentinaya uduzaraq mundialın gümüş medalı ilə kifayətlənib.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью