Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Mbappe: "Kante 64 yaşında karyerasını bitirə bilər"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Fransa millisinin kapitanı Kilian Mbappe komanda yoldaşı Nqolo Kante haqqında fikirlərini bölüşüb .
QOL.az xəbər verir ki, forvard 35 yaşlı yarımmüdafiəçiyə təriflər yağdırıb:
"Kante həmişə mübarizə aparır... O, 64 yaşında karyerasını bitirə bilər! Çünki Kante heç nədən qorxmur.
"Nqolo meydanda çox qaçır. Çox iş görən, amma özünə gəlməyə vaxtı olmayan futbolçuları tanıyıram. Onun futbol zəkası hər şeyi qabaqcadan görməyə imkan verir. Zaman keçir, amma Kantenin oyununda qocalma əlamətləri görmürəm".
Fransa millisinin tərkibində Kante bütün yarışlarda 69 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.