Mbappe karyerasında ilkə imza atdı

30.03.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

La Kiqanın 29-cu turunda "Real Madrid" "Leqanes" üzərində çətin qələbə qazanıb.

Fanat.Az xəbər verir ki, 3:2 hesabı ilə qalib gələn "kral klubu"nun forvardı Kilian Mbappe dubla imza atıb.

O, hər iki qolu "duran top"dan vurub. Hesabı 32-ci dəqiqədə penaltidən açan fransız hücumçu 76-da cərimə vuruşu ilə komandasına 3 xal qazandıran qolun müəllifi olub. 

"Opta"-nın məlumatına görə, Mbappe karyerasında ilk dəfə cərimə zərbəsindən qol vurub.

Kilian 2016-cı ildən peşəkar səviyyədə oynayır. Onun La Liqanın cari mövsümündə 22 qolu var. Ən çox qol vuran Robert Levandovski isə 23 dəfə fərqlənib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью