Mbappe kimi böyük futbolçular... Luiş Fiqu

13.12.2024

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Real Madrid"in sabiq futbolçusu Luiş Fiqu yayda azad agent qismində qoşulduğu "Kral klubu"nda arzulanan performansla diqqət çəkə bilməyən ulduz hücumçu Kilian Mbappedən danışıb.

Fanat.Az xəbər verir ki, portuqaliyalı veteranın sözlərini "Madrid Universal" belə çatdırıb:

"Güclü təzyiq səbəbindən "Real"da öz keyfiyyətlərini ortaya qoya bilməyənlər çox olub. Amma əvvəlki dövrlərə də nəzər yetirsək, Mbappe kimi böyük futbolçular gec və ya tez özünü sübut etməyi bacarıblar".

Xatırladaq ki, Mbappe "Real"la 5 illik müqavilə bağlayıb.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью