Mbappe kimisi yoxdur

25.08.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Real” İspaniya La Liqasının II turunda “Ovyedo”nu səfərdə məğlub edib – 3:0.

Futbolpress.az xəbər verir ki, “kral klubu”nun hücumçusu Kilian Mbappe görüşdə dubl edib.

Fransalı hücumçu ötən mövsümün əvvəlindən bu yana 47 qol vurub. Bu, TOP-5 çempionatlarında ən yüksək göstəricidir.

İkinci sırada 45 qolla Harri Keyn (“Bavariya”), üçüncüdə isə 42 qolla Robert Levandovski (“Barselona”) qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью