Mbappe Kloppun təklifini niyə rədd etdiyini açıqladı

24.09.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Real"ın hücumçusu Kilan Mbappe vaxtilə Yurgen Kloppun rəhbərlik etdiyi "Liverpul"a keçməkdən niyə imtina etdiyini açıqlayıb. Sport24.az xəbər verir ki, 27 yaşlı futbolçu "Sport Bild"ə açıqlamasında bildirib ki, o vaxt "Monako"da çıxış edərkən Klopp onu İngiltərə klubuna aparmaq istəyib. Tərəflər arasında hətta xüsusi təyyarədə görüş də keçirilib.
Mbappe həmin təkliflə bağlı bunları deyib:
"Bəli, doğrudur. Xüsusi və möhtəşəm bir görüş idi. Açığı, o vaxt onun yanına keçmək istəyirdim. Lakin ölkəmi tərk etməyə hələ hazır deyildim. Parisdə doğulmuşam və doğma şəhərimə qayıtmaq istəyirdim. Monakoda cəmi bir il oynamışdım və özümü rahat hiss etmək üçün tanış mühitə ehtiyacım var idi. Buna görə də PSJ-yə keçdim".
Fransalı hücumçu Almaniyadan başqa klublardan da təklif aldığını bildirib:
"Dortmund da daxil olmaqla bir çox klub var idi. Amma bu barədə danışmaq mənim üçün çətindir. Çünki bir klubu rədd etdikdə, adətən nəyinsə səhv getdiyi düşünülür. Halbuki belə deyildi. Onların hamısı möhtəşəm klublardır, sadəcə birini seçə bilərsiniz. Həmin vaxt isə doğma şəhərimdə qalmağa üstünlük verdim".
Mbappe hazırda Almaniya millisinin baş məşqçisi olan Klopp haqqında da xoş sözlər deyib. O, almaniyalı mütəxəssisi son 20 ilin ən yaxşı məşqçilərindən biri adlandırıb.
Qeyd edək ki, Mbappe 2024-cü ilin yayında PSJ-dən ayrılaraq "Real"a keçib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью