Mbappe Klozeyə çatdı Messi ilə fərq 2 qola endi

23.06.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransa millisinin hücumçusu Kilian Mbappe növbəti tarixi göstəriciyə imza atıb.

Apasport.az xəbər verir ki, ulduz futbolçu DÇ-2026-nın I qrupunda İraqla keçirilən matçda 2 dəfə fərqlənərək dünya çempionatlarındakı qol sayını 16-ya çatdırıb.

Bununla da Mbappe mundiallar tarixinin ən məhsuldar futbolçuları siyahısında Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeyə çatıb.

Hazırda dünya çempionatları tarixinin bombardirlər siyahısına 18 qolla Lionel Messi başçılıq edir. Mbappenin argentinalı ulduza çatması üçün cəmi 2, onu geridə qoyması üçün isə 3 qol vurması lazımdır.

Qeyd edək ki, Mbappe DÇ-2026-da keçirdiyi ilk iki matçda 4 qol vurub. Fransa millisi isə iki turdan sonra son 32 mərhələsinə vəsiqəni rəsmiləşdirib.

Rekord yeniləndi - DÇ-2026-nın ən erkən qolu Türkiyəyə vuruldu Vinisius ulduzlaşdı - Matçın ən yaxşısı seçildi DÇ-26-nın ən sürətli qolu - Mərakeş 70 saniyəyə fərqləndi İsveçrə - Bosniya və Herseqovina: 74-dən sonra 5 qol Ronaldonun sükutu - 10 oyunluq qol həsrəti
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью