Mbappe kubok oyununu niyə buraxıb?

03.03.2025

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Kilian Mbappe “Real”ın İspaniya kubokunun yarımfinalında “Real Sosyedad”la ilk matçını buraxıb.

"Football-plus.az" xəbər verir ki, bunun səbəbi 26 yaşlı futbolçunun dişlərindəki problemə görə əməliyyat olunması ilə bağlıdı.
Kilian şiddətli ağrı səbəbindən matçda iştirak edə bilməyib. “Real Sosyedad” – “Real” matçı 0:1 hesabı ilə nəticələnib. Yeganə qolu 19-cu dəqiqədə Endrik vurub.
Yeri gəlmişkən, İspaniya kubokunun hazırkı sahibi “Atletik”di.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью