Mbappe mərkəz hücumçusu mövqeyində oynaya bilmir Kriştianu Ronaldu

03.02.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Əl-Nəsr"in portuqaliyalı superulduzu Kriştianu Ronaldu "Real Madrid"in forvardı Kilian Mbappedən danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Madrid Universal" belə çatdırıb:

"Mən Mbappenin yerinə olsaydım, mərkəz hücumçusu mövqeyində Kriştianu Ronaldu oynadığı kimi oynayardım. "Real"da olsaydım, bunu Mbappeyə öyrədərdim. Mən mərkəz hücumçusu olmamışam, amma "9 nömrə" kimi oynamışam. Hücumdakı mövqeyi Kilianın işini bir qədər çətinləşdirir. Mənim fikrimcə, Mbappe mərkəz hücumçusu mövqeyində oynaya bilmir. Bu, sadəcə onun mövqeyi deyil".

Qeyd edək ki, cari mövsüm İspaniya La Liqasında 19 matça çıxan Mbappe 15 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью