Mbappe Messini keçdi Bombardirlik yarışı

05.07.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Mbappe Messini keçdi - Bombardirlik yarışı

DÇ-2026-da bombardirlik yarışında Fransa millisinin hücumçusu Kilian Mbappe yenidən liderliyə yüksəlib

QOL.az xəbər verir ki, o, Paraqvaya qarşı 1/8 final matçında (1:0) penaltidən fərqlənib.

Beləliklə, Mbappenin hesabındakı qolların sayını 7-yə çatdıraraq FIFA-nın Golden Boot (Qızll buts) siyahısında ilk pilləyə qalxıb. Onun aktivində 2 qol ötürməsi də var.

İkinci pillədə olan Argentina millisinin hücumçusu Lionel Messinin də 7 qolu var.

1.Kilian Mbappe (Fransa) – 7 qol, 2 assist 

2. Lionel Messi (Argentina) – 7 qol

3. Erlinq Haaland (Norveç) – 5 qol

4. Harri Keyn (İngiltərə) – 5 qol

5. Usman Dembele (Fransa) – 4 qol, 2 assist

6. Mikel Oyarzabal (İspaniya) – 4 qol, 1 assist

7. Vinisius Junior (Braziliya) – 4 qol, 1 assist

8. İsmaila Sarr (Seneqal) – 4 qol, 1 assist.

9.Kodi Qakpo (Niderland) - 3 qol, 1 asist

10.Brian Brobbey (Niderland) - 3 qol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью