Mbappe: Messiyə qəzəblənmişdim

09.12.2024

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Real"ın hücumçusu Kilian Mbappe DÇ-2022-nin finalından danışıb.

QOL.az xəbər verir ki, mundialın həlledici matçının əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatmış, penaltilər seriyasında isə Argentina Fransanı üstələmişdi.

Mbappe isə bu finaldan sonra Argentina millisinin kapitanı Lionel Messiyə qəzbləndiyini deyib: 

“Dünya çempionatından sonra Messiyə qəzəbləndim. Amma Messiyə həmişə hörmət etməlisiniz. Çünki o, Messidir. İkimiz də gülərək aramızdakı buzları qırdıq. Finalla bağlı hələ də xatirələrimiz var. Düşünürəm ki, bu matç bizi daha da yaxınlaşdırdı”.

Qeyd edək ki, 2021-2023-cü illərdə Messi və Mbappe eyni komandada - PSJ-də oynayıblar. Messi 2023-cü ildə "İnter Mayami"yə, Mbappe isə bu yay "Real"a keçib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью