Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Fransa millisinin heyətində dəyişiklik baş verib.
Futbolpress.az xəbər verir ki, hücumçu Kilian Mbappe düşərgəni tərk edib. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Türkiyə ilə oyunda zədələnən forvard Millətlər Liqasında Belçika və İtaliya ilə oyunda iştirak etməyəcək.
Baş məşqçi Zinəddin Zidan yüngül zədəsi olan Mbappeni risk etməmək qərarına gəlib.