Mbappe Mourinyodan gözləntilərini açıqlayıb

12.09.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Madrid “Real”ının futbolçusu Kilian Mbappe Joze Mourinyonun rəhbərliyi altında gözləntilərini açıqlayıb.

İdman.Biz “Madrid Universal”a istinadən xəbər verir ki, fransalı futbolçu onun üçün əsas məsələnin oyun vaxtı əldə etmək olduğunu bildirib.

“Mourinyodan nə gözləyirəm? Yalnız məni meydana buraxmasını. Düşünürəm ki, qalan hər şeyə uyğunlaşacağam. Xüsusi gözləntilərim yoxdur. Sadəcə olaraq özü olması kifayətdir”, – deyə Mbappe gülərək bildirib.

Mourinyo cari yayın əvvəlində “Real”a qayıdıb və Madrid klubu ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.

Mbappe 2026/27 mövsümünə uğurlu başlayıb. O, keçirdiyi 5 matçda 5 qol vurub.

“Real” növbəti matçını İspaniya çempionatında evdə “Rayo Valyekano”ya qarşı keçirəcək.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью