Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
Kilian Mbappe mükafatını alıb. “Real”ın futbolçusuna Piçiçi Kuboku təqdim olunub.
"Football-plus.az" xəbər verir ki, kubok 26 yaşlı hücumçuya “Marca”nın təşkil etdiyi mükafatlandırma mərasimində verilib.
Mbappenin mükafatlandırılmasına səbəb isə onun ötən mövsüm La Liqanın bombardiri olmasıdı. Fransalı forvard 2024/25 mövsümündə 34 matçda 31 qol vurub.
Yeri gəlmişkən, Kilian bu mövsüm La Liqada 13 matçda 13 dəfə qapıya yol tapıb. O, hazırda bombardirlərin siyahısında liderdi.