Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Fransa millisinin baş məşqçisi Didye Deşam “Real”ın hücumçusu Kilian Mbappeni yığmaya dəvət etməməsinin səbəbini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis forvardın kiçik zədəsi səbəbindən onu düşərgəyə çağırmadığını deyib:
“Özüm də klubda işləmişəm və onu risk etmək istəmədim. Yaxşı bilirəm ki, o da dəvət etsəm, yığmaya gələcəkdi. Ancaq bəzən oyunçu ilə də danışırsan və vəziyyəti çətinləşdirmədən onun maraqlarını üstün tutmalısan”.