Mbappe növbəti matçı buraxacaq

11.10.2025

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Madridin “Real” klubunun hücumçusu və Fransa millisinin kapitanı Kilian Mbappe zədəsinə görə 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində İslandiya yığmasına qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Mbappe oktyabrın 13-də baş tutacaq oyunu sağ topuq nahiyəsindəki zədəsinə görə buraxacaq.

Qeyd edək ki, futbolçu ötən gün Azərbaycan yığmasına qarşı ev oyununda zədələnib. Mbappe eyni zədəni 4 oktyabrda İspaniya çempionatının səkkizinci turunda “Vilyarreal” klubuna qarşı matçda da almışdı.

Xatırladaq ki, 2026-cı ilin Dünya Çempionatı 11 iyun–19 iyulda ABŞ, Meksika və Kanadada keçiriləcək.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью