Mbappe növbəti oyunda oynaya bilməyəcək

11.10.2025

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

“Real Madrid”in hücumçusu və Fransa yığmasının kapitanı Kilian Mbappe zədə səbəbindən DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya ilə oyunu buraxacaq.

Bu barədə “AFP” agentliyi məşqçilər korpusuna istinadən bildirib.

Məlumata əsasən, Mbappe oktyabrın 10-da Azərbaycanla ev oyununda sağ topuq nahiyəsindən aldığı zədə səbəbindən oktyabrın 13-də keçiriləcək oyunda iştirak etməyəcək. Oktyabrın 4-də futbol üzrə İspaniya çempionatının səkkizinci turu çərçivəsində “Vilyarreal”la oyunda o, eyni zədəni alıb.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью