Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Real”ın (Madrid) hücumçusu Kilian Mbappe La Liqada “Atletiko”ya (Madrid) qarşı keçirilən derbi matçındakı 1:2 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, təcrübəli forvard karyerası boyu hakimlər haqqında çox danışan futbolçu olmadığını və bundan sonra da bu prinsipini dəyişməyəcəyini vurğulayıb:
“Düşünürəm ki, mən heç vaxt hakimlər barədə çox danışan futbolçu olmamışam. İndi də etmək niyyətində deyiləm. Bu barədə öz fikirlərim var, lakin onları özümdə saxlayacağam. Heç vaxt belə bir oyunçu olmamışam və indi də olmayacağam. Hakim də insandır, səhvlər edir, lakin həmin mövzuya daha çox toxunmaq istəmirəm”.
Qarşılaşmanın ilk hissəsinin sonlarında “Atletiko”nun hücumçusu Li Kan İnin “Real”ın yarımmüdafiəçisi Federiko Valverdenin topuq nahiyəsinə buts ilə vurması oyunda böyük narazılığa səbəb olub. Baş hakim Migel Anxel Ortis Aryas koreyalı futbolçunu cəzalandırmayıb və nəticədə Valverdenin ciddi zədə aldığı məlum olub. Oyundan sonra La Liqanın Texniki Hakimlər Komitəsi (CTA) referinin bu epizodda səhvə yol verdiyini etiraf edib.
Bu məğlubiyyətdən sonra aktivində 15 xal olan “Real” La Liqa cədvəlinin 4-cü pilləsində qərarlaşıb və turnir cədvəlinin lideri “Barselona”dan 6 xal geri qalır.