Mbappe Platinini geridə qoydu

11.03.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Real"in hücumçusu Kilian Mbappe yeni rekorda imza atıb.

QOL.az xəbər verir ki, 26 yaşlı hücumçu bunu La Liqanın "Rayo Valyekano" ilə oyununda (2:1) fərqlənməklə bacarıb.

Kilian cari mövsümdə - "Real"dakı debüt mövsümündə vurduğu qolların sayını 29-a çatdırıb. 

Bununla da o, hər hansı bir klubda debüt mövsümündə 29 və daha çox qol vuran ilk fransız futbolçu adını qazanıb. 

Əvvəlki rekord  keçmiş hücumçu Mişel Platiniyə məxsus idi - 1982/1983 mövsümündə "Yuventus"un heyətində 28 qol.

Qeyd edək ki, Mbappe ötən yay transfer pəncərəsində "Real"a keçib və klubla 2029-cu ilə qədər müqavilə imzalayıb. Futbolçunun hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью