Mbappe psixoloji problemlər yaşayır: Nə baş verir?

09.11.2024

Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappe İsveç səfərindən sonra psixi problemlər yaşayır.

Publika.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.

Futbolçu millidə fasilə zamanı ciddi qalmaqalın iştirakçısı olub. O, millinin düşərgəsinə getmədiyi üçün Stokholmda gecə klubuna yollanıb. Sonradan məlum olub ki, Kilian oktyabrın 10-da "Bank Hotel"də təcavüz qalmaqalında iştirak edib.

Mbappenin özü isə insidentdə iştirakı ilə bağlı məlumatları təkzib edib.

Mənbənin sözlərinə görə, Mbappe səfərdən sonra psixoloji problemlər yaşamağa başlayıb. O, həmçinin "Real"dakı çıxışının tənqid olunmasından narahatdır.

Heybət

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью