Mbappe: “PSJ dəki son ilimdə məndən başqa ulduz yox idi, amma eqo böyük idi”

12.09.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Madrid “Real”ının hücumçusu Kilian Mbappe futbolçularda eqonun onların tanınma səviyyəsi ilə əlaqəli olmadığını bildirib.

İdman.Biz “L’Équipe”ə istinadən xəbər verir ki, fransalı forvard eqonun bütün soyunub-geyinmə otaqlarında mövcud oldğunu deyib.

“Eqo bütün soyunub-geyinmə otaqlarında olur, hətta ulduzların olmadığı yerlərdə belə. PSJ-dəki son ilimdə məndən başqa ulduz yox idi. Usman Dembele həqiqi mənada yalnız sonradan ulduz oldu.

İnsanlar həmişə eqonu ulduzlarla əlaqələndirirlər. Lakin mən elə futbolçular görmüşəm ki, onlardan foto istəmirdilər, avtoqraf almırdılar, lakin onların nəhəng eqosu var idi.

Bir çox insanların eqosu var və bu, təkcə futbolçulara aid deyil. Məsələn, ofislərdə gördüyünüz insanların da eqosu olur”, – deyə Mbappe açıqlamasında bildirib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью