Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Paris Apellyasiya Məhkəməsi Madridin “Real” klubunun hücumçusu Kilian Mbappenin PSJ futbol klubuna 60 min avro ödəməsi barədə qərar çıxarıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, sözügedən məbləğ 2025-ci ildə Fransa klubunun bank hesablarının bloklanmasına görə kompensasiya kimi ödəniləcək.
Xatırladaq ki, 2024-cü ilin avqustunda “Real”a transferindən sonra futbolçu PSJ-yə qarşı 60 milyon avro məbləğində iddia qaldırıb. Mbappenin sözlərinə görə, PSJ ona çatmalı olan bonus və mükafatları ödəməyib. 2025-ci ilin yazında iş əmək məhkəməsində araşdırılıb.
Məhkəmə çəkişməsi fonunda hücumçunun vəkilləri Paris klubunun bank hesablarına təminat tədbiri kimi həbs qoyulmasına nail olublar. May ayında PSJ-nin müraciətindən sonra bu tədbir ləğv edilib.
Lakin artıq dekabrda əmək məhkəməsi klubdan futbolçunun xeyrinə təxminən 61 milyon avro tutulması barədə qərar çıxarıb.
Mbappe 2024-cü ildən “Real”ın formasını geyinir. O, 2026/2027 mövsümündə bütün turnirlər üzrə yeddi oyunda iştirak edib, səkkiz qol vurub və iki məhsuldar ötürmə edib.